“Bakıdakı “Dördlər finalı”nda aşkar favorit yoxdur” - FOTO
13.03.2014 - 19:37
“Bakıdakı “Dördlər finalı”nda aşkar favorit yoxdur” - FOTO

“Ardıcıl 2-ci il “Dördlər finalı”da oynamaq bizim üçün böyük qürurdur. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” klubunun voleybolçusu Gözde Sonsırma deyib.

 

Komandasının kapitanı Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Analoji yarışın son qalibi bildirib ki, martın 15-16-da baş tutacaq həlledici mərhələdə aşkar favorit yoxdur: “Çünki 2 gündə 2 vacib matça çıxacaqsan. Həmin qarşılaşmalarda əhval-ruhiyyə də rol oynayacaq. Hansı klub istədiyini meydanda da edə biləcəksə, çempion olacaq”.

 

Qeyd edək ki, “Dördlər finalı”nın ilk günündə “Vakıfbank” “Əczaçıbaşı” ilə, “Rabitə” “Dinamo” (Kazan) ilə münasibətinə aydınlıq gətirəcək.

0