“Bu məqsədə çatmaq üçün çox çalışdıq”
03.10.2014 - 00:12
“Bu məqsədə çatmaq üçün çox çalışdıq”

“Bu məqsədə çatmaq üçün çox çalışdıq”. Apasport.az saytının məlumatına görə bu sözlər qadın voleybolçulardan ibarət Dominikan Respublikasının baş məşqçisi Markos Kviek deyib.

 

O, ötən gün İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II mərhələsinin II turunda millimizi 3:1 hesabı ilə məğlub etmələrinə şərh verib: “Bu, bizim Bari şəhərində son oyunumuz idi. Qarşıdakı hər matçda əlimizdən gələni edəcəyik”.

 

Dominikan Respublikasının kapitanı De La Crus De Pena isə bunları deyib: “Rəqiblərin çatışmazlıqlarını anlamaq çətindir. Biz isə bunu bacardıq. Bundan sonra növbəti matça ümid edirik”.