“Fənərbaxça”nın kapitanı Bakı klubuna “yox” dedi
26.07.2014 - 16:43
“Fənərbaxça”nın kapitanı Bakı klubuna “yox” dedi

“Fənərbaxça” voleybol klubunun kapitanı Seda Tokatlıoğlu Azərbaycan klubunun təklifindən üz döndərib. Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan komandalarımızdan biri 28 yaşlı oyunçunun xidmətində maraqlı olsa da, “ay-ulduzlu” yığmanın şərəfini qoruyan hücumçu ölkəmizə gəlməkdən imtina edib.

 

Belə ki, 192 sm boya malik voleybolçuya Bakı təmsilçisi ilə yanaşı, yerli “Əczaçıbaşı”, Rusiya, Cənubi Koreya və Çindən dəvətlər olub. Lakin Tokatlıoğlu yekunda seçimini Pekin klubunun xeyrinə edib. O, paytaxtın “BAİC Motor” komandası ilə razılığa gələrək, 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Tokatlıoğlu son 9 mövsümü “Fənərbaxça”da keçirib.

0