Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Telekom” klubu V tur çərçivəsində Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib.
Qarşılaşma komandamız üçün uğurlu alınmayıb. Gənclərdən qurulan komanda təcrübəlilərdən təşkil olunan İstanbul təmsilçisinə uduzub. Səfərdə rəqibindən 1 xal almağı bacaran Zoran Qayiçin yetirmələri bu dəfə 0:3 hesabı ilə məğlub olublar.
Bu məğlubiyyət “Telekom”un avrokubokla vidalaşması ilə nəticələnib. Qrup mərhələsinin son turunda Polşa “İmpel”i ilə qarşılaşma Bakı klubu üçün mövsümdə axırıncı oyun olacaq.
21 yanvar
E qrupu
“Telekom” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) - 0:3 (18:25; 19:25; 16:25)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Silvian Lungu (Rumıniya)
Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi
1 |
Fənərbaxça |
5 |
5 |
0 |
15-3 |
429-330 |
14 |
2 |
Dresdner |
5 |
3 |
2 |
11-10 |
462-451 |
7 |
3 |
İmpel |
5 |
2 |
3 |
8-10 |
382-410 |
7 |
4 |
Telekom |
5 |
0 |
5 |
4-15 |
355-437 |
2 |