Ötən gün qadın voleybolçular arasında Çempionlar Liqasının növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, start matçında Bakıda Fransanın “Nant” klubuna qalib gələn (3:2) “Azəryol”un digər rəqibləri də münasibətlərinə aydınlıq gətirib.
Türkiyə “Fənərbaxça”sı səfərdə Rumıniya çempionu “Ştiinta” ilə qarşılaşıb. Matçda “sarı bülbüllər” 3:0 (25:13; 25:16; 25:21) hesabı ilə üstələyərək, B qrupuna qələbə ilə start verib.
Qeyd edək ki, “Azəryol” növbəti görüşünü “Fənərbaxça”ya qarşı keçirəcək. Oyun noyabrın 26-da, İstanbulun “Burhan Fələk Voleybol” salonunda baş tutacaq.