[b]“Dinamo” “Rabitə” ilə oyunöncəsi qalib gəldi[/b]
14.11.2014 - 00:00
Ötən gün qadın voleybolçular arasında Çempionlar Liqasının növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, start matçında səfərdə Polşa “Ximik”sinə 0:3 hesabı ilə uduzan “Rabitə”nin digər rəqibləri də mövsümə start veriblər.
Belə ki, A qrupunda mübarizə aparan Kazan “Dinamo”su Rusiyada Çexiya çempionu “Agel”i qəbul edib. Meydan sahibləri 3:0 (25:21, 25:15, 26:24) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Dinamo” növbəti oyununu təmsilçimiz “Rabitə”yə qarşı keçirəcək.
0
0