“Əgər komandam uduzubsa, bundan heç vaxt razı qala bilmərəm”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Rote Raben” klubunun baş məşqçisi Yan de Brandt deyib.
Belçikalı mütəxəssis CEV kubokunun 1/16 final mərhələsinin ilk qarşılaşmasında Bakı “Lokomotiv”i ilə oyuna münasibət bildirib. Maraqlıdır ki, fəaliyyətini dayandıran “İqtisadçı”nın sabiq baş məşqçisi 0:3 hesabı ilə məğlub olsalar da, yetirmələrini günahlandırmayıb: “Uduzmağımıza baxmayaraq, oyunumuzda bir sıra müsbət məqamlar görə bildim. Biz müdafiə və blokda yaxşı oynadıq, bəzi epizodlarda hücumumuz da alındı. Ümumilikdə isə çox yaxşı mübarizə apardıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 26-da Bakıda olacaq.