[b]“Qalatasaray” Azərbaycan klubu ilə yoxlama görüşü keçirməyə razılaşdı[/b]
13.10.2014 - 13:38
Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Lokomotiv”in yoxlama matçında qarşılaşacağı rəqiblər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi İstanbulda təlim-məşq toplanışı çərçivəsində 3 oyunda çıxacaq.
Belə ki, təmsilçimiz oktyabrın 15-də “Qalatasaray”la, bir gün sonra “Əczaçıbaşı” klubu ilə üz-üzə gələcək. Oktyabrın 17-də rəqib yenidən “sarı-qırmızılar” olacaq.
Qeyd edək ki, oktyabrın 11-də Türkiyəyə yollanan “Lokomotiv” “Qalatasaray”la ikinci görüşün səhəri günü vətənə dönəcək.
0
0