[b]“Real”da yeni müqavilə - FOTO[/b]
18.10.2016 - 16:52
[b]“Real”da yeni müqavilə - FOTO[/b]

“Real”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Luka Modriç də yeni müqavilə imzalamağa razılıq verib.

 

Pepe, Kriştianu Ronaldo, Qaret Beyl, Toni Kroos və Kasemirodan sonra xorvatiyalı futbolçu da rəhbərliklə aparılan danışıqlar zamanı müqavilə müddətini uzatmağa razılıq verib. 31 yaşlı “maestro” bununla bağlı sabah mətbuat konfransı keçirəcək və yeni sazişə qol çəkəcək. Bundan sonra Modriç 2020-ci ilə qədər “kral klubu”na məxsus olacaq.

 

Qeyd edək ki, “Real” Luka Modriçi 2012-ci ildə “Tottenhem”dən transfer edib.

0