Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsinin ilk turu davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 3 qarşılaşma keçirilib.
Şərq konfransında “Boston Seltiks” “Miluoki Baks”ı məğlub edərək, seriyada yenidən önə keçib. “Mayami Hit”dən üstün olan “Filadelfiya 76ers” isə konfrans yarımfinalına vəsiqə qazanıb.
Qərb konfransında bir görüş oynanılıb. Son çempion “Qolden Steyt Vorriorz” “San-Antonio Spörs” üzərində dördüncü qələbəsini qazanaraq, seriyadan 4:1 hesabı ilə qalib ayrılıb.
NBA
Pley-off, ilk tur
Şərq konfransı
“Boston Seltiks” – “Miluoki Baks” – 92:87
“Boston”: Horford (22 xal, 14 ribaund, 3 assist, 2 blok)
“Miluoki”: Middlton (23 xal, 3 ribaund, 2 assist), Adetokunbo (16 xal, 10 ribaund, 9 assist, 2 top oğurlama, 2 blok)
Seriyada hesab: 3-2 (“Boston”)
“Filadelfiya 76ers” – “Mayami Hit” – 104:91
“Filadelfiya”: Redik (27 xal, 2 assist), Embiid (19 xal, 12 ribaund, 1 assist, 2 top oğurlama, 1 blok)
“Mayami”: Olinik (18 xal, 8 ribaund, 6 assist, 3 top oğurlama, 1 blok)
Seriyada hesab: 4-1 (“Filadelfiya” konfrans yarımfinalında)
Qərb konfransı
“Qolden Steyt Vorriorz” – “San-Antonio Spörs” – 99:91
“Qolden Steyt”: Dyurant (25 xal, 6 ribaund, 5 assist, 2 blok, 1 top oğurlama)
“San-Antonio”: Oldric (30 xal, 12 ribaund, 4 assist, 1 top oğurlama)
Seriyada hesab: 4-1 (“Qolden Steyt” konfrans yarımfinalında)