Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.
“Toronto Meypl Lifs” doğma meydanda “Boston Bryuinz”i məğlub edərək, seriyaya tarazlıq gətirib. Beləliklə, qalibi müəyyənləşdirmək üçün 7-ci matça ehtiyac duyulacaq. Digər oyunda isə “Kolambus Blu Cekets”dən üstün olan “Vaşinqton Kepitalz” adını konfrans yarımfinalçılarının sırasına yazdırıb.
NHL
Pley-off, ilk tur
Şərq konfransı
“Toronto Meypl Lips” – “Boston Bryuinz” – 3:1
Seriyada hesab: 3-3
“Kolambus Blu Cekets” – “Vaşinqton Kepitalz” – 3:6
Seriyada hesab: 4-2 (“Vaşinqton” konfrans yarımfinalında)