[b]Azərbaycan çempionu üçün şad xəbər[/b]
20.08.2014 - 09:33
“Rabitə”nin voleybolçusu Françeska Ferrettinin zədəsinin ciddi olmadığına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Dünya Qran-prisinin mərhələ yarışında İtaliya millisinin heyətində Almaniya ilə oyunda xəsarət alan 30 yaşlı toppaylayıcının əməliyyatı uğurla keçib.
Belə ki, meniski zədələnən Azərbaycan çempionunun yeni transferinin əməliyyatı təxminən 30 dəqiqəyə yaxın davam edib. Həkimlər onun bu gündən bərpa kursuna start verəcəyini bildiriblər. Ferrettinin bərpa dövrünü təxminən 2 həftəyə bitirəcəyi gözlənilir.
0
0