Qadın voleybolçular arasında Dünya Qran-prisinin San-Paulo mərhələsində yeni rekord vurulub. Apasport.az saytının məlumatına görə, Cənubi Koreya millisinin lideri Kim Yeon-Kinq Rusiya yığması ilə qarşılaşmada ən yaxşı hücumçu olmasını bir daha isbatlayıb.
Belə ki, Kim yarışın tarixində ən çox xal yığan voleybolçu adına yiyələnib. O, şimal qonşularımıza 3:1 hesabı ilə qalib gəldikləri matçda 42 (!) xal toplayıb.
Yeon-Kinq bununla da Polşa millisinin ulduzu Katarjina Skovronskanın rekordunu qırıb. Asiyalı ötən mövsümdən “Rabitə”nin formasını geyinən, Bakı klubu ilə Azərbaycan çempionu və Çempionlar Liqasının bürünc medalını qazanan universal oyunçunu 1 xal qabaqlayıb.
Qeyd edək ki, vaxtı ilə bu bu siyahıya başçılıq edən Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova Kimin rekordundan sonra ilk “üçlüyü” tərk edib. 2006-cı ildə Kuba yığması 39 xal toplayan təmsilçimiz ən yaxşılar siyahısında 4-cüdür.