[b]Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəfat edib[/b]
15.08.2014 - 16:06
[b]Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəfat edib[/b]

Azərbaycan idmanına itki üz verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Oqtay Ağayev vəfat edib. Ağayev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

 

Mərhum uzun illər SSRİ millisinin aparıcı voleybolçusu olub. 1956-cı ildə bu komandanın heyətində dünya çempionatının bürünc mükafatçısı olan voleybolçu müdafiədəki oyunu ilə tanınıb.

 

Allah rəhmət eləsin!