[b]Azərbaycandan “Şanxay”a[/b]
02.08.2014 - 15:22
[b]Azərbaycandan “Şanxay”a[/b]

“İqtisadçı”nın sabiq voleybolçusu Ma Yun Ve özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2013/2014 mövsümünün gedişində anası xəstə olduğu üçün Bakı klubu ilə yollarını ayıran 28 yaşlı blokçu karyerasını vətəni Çində davam etdirəcək.

 

O, “İqtisadçı”ya gəlincə çıxış etdiyi yeganə komanda – “Şanxay”a qayıdıb.

 

Qeyd edək ki, Ve ölkəsində kifayət qədər güclü oyunçu hesab edilsə də, Azərbaycan klubunda özünü göstərə bilməmişdi.