[b]Bakı klubu üçün Viktor Kozlovski[/b]
27.10.2015 - 09:35
[b]Bakı klubu üçün Viktor Kozlovski[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqasının ilk turu üçün hakimlərin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 28-də və 29-da meydana çıxacaq Azərbaycan klublarının oyunlarını da idarə edəcək referilər də dəqiqləşib.

 

Belə ki, CEV “Dinamo” (Kazan, Rusiya) – “Lokomotiv” (Azərbaycan) matçını finlandiyalı Kari Partiaynenə həvalə edib. Qarşılaşmada ikinci hakim funksiyasını Georgios Papageorgiou (Kipr) yerinə yetirəcək.

 

“Azərreyl”in mövsümdə ilk qarşılaşmasını polşalı Katarjina Sokol idarə edəcək. Bakıda “Ştutqart”la (Almaniya) matçda ona Tumas Murilo (Estoniya) köməklik edəcək.

 

“Telekom” (Azərbaycan) – “İmpel” (Polşa) görüşündə isə əsas söz sahibi ukraynalı Viktor Kozlovski olacaq. Görüşün ikinci hakimi Roy Qoren (İsrail) təyin edilib.

 

Qeyd edək ki, “Lokomotiv”lə “Azərreyl” oktyabrın 28-də, “Telekom” isə 1 gün sonra oynayacaq.

0