[b]Bolqarıstanlı oyunçu: Azərbaycana transfer olunacağımı gözləmirdim[/b]
09.10.2014 - 10:19
[b]Bolqarıstanlı oyunçu: Azərbaycana transfer olunacağımı gözləmirdim[/b]

Bolqarıstan millisinin voleybolçusu Nasya Dimitrova “Azərreyl”ə keçidini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı blokçu Bakı təmsilçisini uğurlar qazanmaq üçün seçdiyini deyib.

 

Onun sözlərinə görə, Bolqarıstan millisi kimi “Azərreyl”dən də aldığı təklif gözlənilməz olub: “Azərbaycana transfer olunacağımı gözləmirdim. İndi isə artıq yeni klubla təlim-toplanışındayam. Bursada beynəlxalq turnirdə iştirak edəcəyik. Ümid edirəm ki, “Azərreyl”in heyətində zirvələr fəth edəcəm. Rus dilini bilməyim də burada işimə yarayacaq”.

 

Qeyd edək ki, Nasya “dəmiryolçular”la 1 illiyə anlaşıb.