[b]Faiq Qarayev yığmadan kənara çəkildi[/b]
04.06.2014 - 10:39
[b]Faiq Qarayev yığmadan kənara çəkildi[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında Faiq Qarayevin rəhbərliyi altında oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin bu turnirdə postunu Aleksandr Çervyakova etibar edib.

 

Bu qərar komandamızın yarışda gənclərlə çıxış etməsi səbəbindən verilib. Çervyakova isə Vüqar Əliyev köməklik edəcək.

 

Qeyd edək ki, Avropa Liqasının A qrupunda yer alan komandamız  Türkiyə, Sloveniya və Bolqarıstanla qarşılaşacaq.