[b]Həndbol millimiz Ukrayna klubu ilə bacarmadı[/b]
15.04.2017 - 11:33
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Ukraynada hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Georgi Voronovun yetirmələri bu dəfə yerli “Qaliçanka” klubu ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Yığmamız klubla dueldən 27:31 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, komandamızın təlim-məşq toplanışı İslam Həmrəyliyi Oyunlarına hesablanıb.
0
0