Bu gün kişi voleybolçular arasında Avropa Liqasında II dövrənin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı A qrupunun son 3 matçına Albaniya ev sahibliyi edəcək.
Tiranada baş tutacaq qarşılaşmalarda Fərid Cəlalovun yetirmələrini şansı yüksək qiymətləndirilmir. Çünki Makedoniyada təşkil olunan dövrədə komandamız qələbə qazanmadığından onların mərhələ adlaması heç də asan olmayacaq.
Belə ki, reqlamentə əsasan ilk 2 pillənin sahibi yarımfinala yüksələcək.
Təmsilçimiz Albaniyada ilk oyununu ev sahiblərinə qarşı keçirib. İlk görüşdə rəqibindən 1 set alan millimiz bu dəfə bunu da bacarmayıb. Yığmamız 0:3 hesablı yenilgi ilə məğlubiyyət seriyasına qaldığı yerdən davam edib.
Avropa Liqası
II dövrə
IV tur
23 iyun
İsveç – Makedoniya - 0:3 (16:25, 22:25, 30:32)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Tibor Halaş (Macarıstan)
Albaniya – Azərbaycan - 3:0 (25:15, 25:21, 25:19)
Hakimlər: Mixail Koutsoulas (Yunanıstan), Mamdou Bakloutini (Fransa)
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
1 |
Makedoniya |
4 |
4 |
0 |
12-1 |
331-264 |
12 |
2 |
Albaniya |
4 |
3 |
1 |
9-6 |
330-315 |
8 |
3 |
İsveç |
4 |
1 |
3 |
6:11 |
361-380 |
3 |
4 |
Azərbaycan |
4 |
0 |
4 |
3-12 |
287-350 |
1 |