[b]Millimizin oyunçularından yeni müqavilə[/b] - FOTO
11.09.2014 - 13:35
“Azərreyl” transfer çalışmalarına start verib. Apasport.az saytının məlumatına görə, heyətinin böyük əksəriyyətini itirən “dəmiryolçular” 3 voleybolçusu ilə müqaviləni yeniləyiblər.
Belə ki, Azərbaycan millisinin blokçusu Aynur Kərimova və toppaylayıcıları Şəfaqət Həbibova ilə İrina Makarenko yeni mövsümdə də “Azərreyl”in şərəfini qoruyacaqlar. Onlarla razılaşma 1 illiyə artırılıb.
Qeyd edək ki, “Azərreyl”i yeni mövsümdə Vüqar Əliyev çalışdıracaq.
0
0