[b]Mundial və yığmamız: Yaşlılarla cavanlar[/b]
11.09.2014 - 09:26
[b]Mundial və yığmamız: Yaşlılarla cavanlar[/b]

Sentyabrın 23-də İtaliyada start götürəcək qadın voleybolçular arasında dünya çempionatının ən yaşlısı və ən kiçiyinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, ilkin heyətlərə əsasən mundialın “ağbirçəyi” Bolqarıstan yığmasının şərəfini qoruyacaq.

 

Yarışın ilk günü Yelena Kolevanın 36 yaş, 9 ay, 22 günü tamam olacaq. Çempionatın ən kiçiyi isə ondan təxminən 3 dəfə kiçik olan Dominikan Respublikasının hücumçusu Natalya Martinesdir. O, mundialın açılışı zamanı 13 yaş 9 ay 28 günlük olacaq.

 

Qeyd edək ki, Azərbaycan millisinin ən yaşlısı Yelena Parxomenko Kolevadan 4 yaş kiçikdir - 32 yaş, 12 gün. Komandamızın ən gənc siması Leyla Parşkova isə Martinesdən 3 yaş böyükdür - 16 yaş, 1 ay, 4 gün.