[b]Natalya Məmmədovanın adı protokola salınmadı[/b]
14.11.2014 - 09:08
İsveçrənin “Volero” voleybol klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk matçını keçirib. Apasport.az saytının məlumatına görə, Sürix təmsilçisi yeni mövsümün startında Polşanın “İmpel” komandasını qəbul edib.
Görüş ev sahiblərinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:19; 25:9; 25:20). Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova zədə səbəbindən oyunu azarkeş kimi izləyib. Mövsümün əvvəlində “Volero” ilə 5 illik müqavilə bağlayan təmsilçimizin adı heç oyunun protokoluna da salınmayıb.
0
0