[b]Super Liqa gecikir, Bakı klubları yoxlama matçı keçirir[/b]
23.10.2015 - 08:39
[b]Super Liqa gecikir, Bakı klubları yoxlama matçı keçirir[/b]

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Telekom”la “Lokomotiv” növbəti yoxlama matçı keçiriblər. Apasport.az saytının məlumatına görə, Super Liqanın gec başlaması səbəbindən bir-birini sınağa çəkən Bakı klublarının duelindən “dəmiryolçular” qalib ayrılıb.

 

“Lokomotiv” ikinci qarşılaşmada olduğu kimi yenə 3:1 (25:18; 27:25; 21:25; 25:17) hesablı qələbəyə sevinib. Lakin bu matçların rəsmi olmadığını nəzərə alsaq, komandalarımızın gücünü hələ müəyyənləşdirmək tezdi.

 

Qeyd edək ki, “Telekom”la “Lokomotiv”in ilk duelində Zoran Qayiçin yetirmələri 4:0 hesabı ilə qalib gəlmişdi. Super Liqanın isə noyabrın 6-da başlaması gözlənilir.

0