[b]Tomkom və Kastilyo ən yaxşılar arasında[/b]
31.10.2015 - 11:32
Qadın voleybolçular arasında Çempionlar Liqasının I turunun ən yaxşıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun rəmzi yığması və yaxşıları arasında Azərbaycan klublarının üzvləri də yer alıb.
Belə ki, turun 7 ulduzundan ikisi təmsilçilərimizin voleybolçularıdı. “Azərreyl”in legioneri Nutsara Tomkom ən yaxşı toppaylayıcı hesab olunub. “Lokomotiv”in üzvü Brenda Kastilyo isə ən yaxşı libero adına layiq görülüb.
Ən yaxşılar arasında yalnız Türkiyə daha çox – 3 idmançı ilə təmsil olunub. Polşa və İtaliya isə hərəyə 1 voleybolçu ilə ulduzlar sırasına düşüb.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0