[b]Ukrayna millisinin oyunçusu Azərbaycanda[/b]
23.01.2018 - 14:30
“Azərreyl” yollarını ayırdığı polşalı Maqdelina Qrikaya əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Ukrayna yığmasının toppaylayıcısı Alla Politanskayanı transfer edib.
Azərbaycan klubu 30 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalayıb. 188 sm boya malik Politanskaya yerli “Ximik”dən gəlib. O, məhz Yujnı klubunun heyətində də avrokuboklarda oynayıb.
Qeyd edək ki, Alla 2013-cü ildən milliyə dəvət olunur.
0
0