[b]Yığmamızın oyunçusu Fransa kubokunun yarımfinalında[/b]
05.01.2018 - 15:10
Qadın voleybolçular arasında Fransa kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin toppaylayıcısı Olena Həsənovanın şərəfini qoruduğu “Le Kann” yarımfinala gedən yolda “Paris Sen-Klu” ilə üz-üzə gəlib.
Matç təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. “Le Kann” rəqibini 3:1 (18:25, 25:18, 25:21, 25:18) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.
Həsənova qarşılaşmada 12 xal toplayıb.
Qeyd edək ki, Anastasiya Qurbanovanın çıxış etdiyi “Venel” 1/8 finalda mübarizəni dayandırıb.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0