[b]Yol verin, “Dərviş” gəlir![/b]
31.10.2014 - 18:20
Sabah kişi basketbolçular arasında start götürəcək Azərbaycan çempionatının ilk turunun oyunlarının başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, XXII dəfə təşkil olunacaq yarış debütantlar – “Bakı” ilə “Dərviş”in dueli ilə başlayacaq.
Tura liderlər yekun vuracaqlar. Saat 16:30-da başlayacaq matçda son çempion “Qala” yenidən elitaya qayıdan “Araz-Naxçıvan”ı sınağa çəkəcək.
1 noyabr
I tur
12:00. “Bakı” – “Dərviş”
13:30. BDU – NTD
15:00. “Baku Oilers” – AZTOP
16:30. “Qala” – “Araz-Naxçıvan”
0
0