"Fənərbaxça"dan Bakı klubu ilə oyun öncəsi inamlı qələbə
20.11.2014 - 09:01
Qadın voleybolçular arasında Türkiyə Kubokunun 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Fənərbaxça” ilk qarşılaşmasını səfərdə “Bursa BB” klubuna qarşı keçirib.
“Sarı-lacivərdlilər” qələbə qazanmaqda çətinlik çəkməyiblər. Rəqibinə 3:1 (23:25; 25:21; 25:23; 25:16) hesabı ilə qalib gələn İstanbul təmsilçisi cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının II turu çərçivəsində, noyabrın 26-da Bakı klubunu qəbul edəcək.
0
0