Qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, avrokubokdan-avrokuboka peyda olan ABU klubu ilk görüşünü keçirib.
Konstantin Ruvinskinin yetirmələri Serbiya “Srvena Zvezda”sı ilə qarşılaşıb. Görüşdə ABU rəqibini məğlub etməyi bacarıb - 31-29.
Gərgin keçən matçın ilk hissəsi də təmsilçimizin böyük üstünlüyü ilə (20:13) başa çatıb.
Komandamızın heyətində İrana Qasımova, Günel Əliyeva, Marta Abbasova və İnarə Yusubova hərəyə 6, Səbinə Deqtiaryeva 4, Ülviyyə Şərifova 2, Olqa Poqonina isə 1 dəfə fərqlənib.
Qeyd edək ki, 19 idmançı ilə mübarizəyə başlayan ABU “Srvena Zvezda” ilə ikinci oyununu bu gün keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.