[b]Aleksandr Çervyakov: Bizə üç xal lazım idi[/b]
28.09.2014 - 17:03
[b]Aleksandr Çervyakov: Bizə üç xal lazım idi[/b]

“Rəqibimiz çox yaxşı oynadı, Kuba voleybolçularını təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi əvəzi Aleksandr Çervyakov deyib.

 

Bu gün İtaliyada qadın voleybolçular arasında keçirilən dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq. Komandamız V turda Kuba yığması ilə üz-üzə gəlib. Millimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb.

 

Qarşılaşmadan sonra təcrübəli çalışdırıcı qələbəyə şərh verib: “Bizə üç xal lazım idi. Bunun üçün də çox həyacan keçirdik. Matçda çox səhv etdik. Lakin istəyimizə nail olub, üç xal qazandıq”.