Almaniya millisinin oyunçusu: Azərbaycanı belə təsəvvür etmirdim
12.08.2014 - 15:49
Almaniya millisinin oyunçusu: Azərbaycanı belə təsəvvür etmirdim

Almaniya millisinin liberosu Lenka Dürr Bakının “İqtisadçı” klubunda keçirdiyi 1 ili dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “universitet komandası” ilə Super Liqanın bürünc medalını qazanan 23 yaşlı voleybolçu Azərbaycan haqda xoş sözlər deyib.

 

Dürr bildirib ki, ölkəmiz onu çox təəccübləndirib: “Düzünü desəm, mən Azərbaycanı belə yaxşı təsəvvür etmirdim. Orada keçirdiyim dövrü dəyərləndirsəm, həqiqətən də Bakı klubunda əla mövsüm alındı. “İqtisadçı” ilə isə 1 illik müqaviləm necə bitdisə, bu mənim üçün çox az göründü”.

 

Liberonun sözlərinə görə, müqaviləsinin bitməsinə baxmayaraq, karyerasını Azərbaycan klublarında davam etdirmək xoş olar: “Bakı elə gözəl şəhərdir ki, mən orada qalmaq istəyirəm”.