Almanlar Super Liqanın uğursuzu ilə oynayacağı günü dəqiqləşdirdi
10.10.2014 - 15:14
Bakının “Lokomotiv” voleybol klubunun CEV kubokunun 1/16 final mərhələsində ilk matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Rote Raben” komandası Super Liqanın son mövsümünü uğursuz başa vuran təmsilçimizi noyabrın 12-də qəbul edəcəyini açıqlayıb.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, cavab qarşılaşması noyabrın 25-27-si arası paytaxtımızda təşkil olunacaq. “Lokomotiv”in bu günlərdə tarixi açıqlayacağı bildirilir.
0
0