“Burada ilk təəssüratlarım yüksəkdir. Klubda hər şey çox yaxşı təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” ilə 2 dəfə Azərbaycan çempionu olan Katarjina Skorupa deyib.
Yeni mövsümdə icarə əsasında İtaliyanın “Kasalmaggiore” klubunda oynayacaq polşalı toppaylayıcı yeni komandası haqda danışıb. Artıq zədəsini sağaltdığını bildirən Skorupa keçdiyi hazırlıqlardan da razı qaldığını deyib: “Komandada bir çox oyunçuları yaxşı tanıyıram və bəziləri ilə “Urbino”da da çıxış etmişəm. Əminəm ki, digər qızlarla da yaxşı münasibət qura biləcəm. Məşqlər çox ağır keçir, amma belə də olmalıdır. Hələ Kasalmaggioredə olmaq imkanı əldə etməmişdim və indi görürəm ki, bura çox gözəl və mehriban şəhərdir”.