Azərbaycan çempionu Polşa klubuna keçməsinin səbəbini açıqladı
14.08.2014 - 11:30
Azərbaycan çempionu Polşa klubuna keçməsinin səbəbini açıqladı

“Yeni mövsümdə “Atom”da oynayacağım üçün çox şadam. Belə klubda oynamaq mənim üçün şərəfdir”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Britni Kuper deyib.

 

26 yaşlı Azərbaycan çempionu 2014/2015 mövsümünü icarə əsasında Polşanın “Atom” klubunda keçirəcək. Amerikalı blokçu bildirib ki, daima mükafatçılar sırasında yer alan komanda ilə razılığa gəlməsində “Rabitə”də birgə oynadığı avstraliyalı Reyçel Rurkun böyük rolu olub: “Bilirəm ki, əla komandadır. “Rabitə”dəki komanda yoldaşım Rurk da Bakı klubuna gəlincə, burada oynayıb. O mənə klub və şəhər haqda yalnız xoş sözlər deyib. Rurkun fikirləri qərarımda böyük rol oynadı. İndi də səbirsizliklə “Atom”a qoşulmağı gözləyirəm”.

 

Qeyd edək ki, Kuper ötən mövsüm “Rabitə” ilə 3 illik müqavilə bağladığından, növbəti il Bakı klubuna qayıdacaq.