Azərbaycan çempionu qərarını verdi
14.08.2014 - 15:17
Azərbaycan çempionu qərarını verdi

Azərbaycan çempionu “Rabitə”nin yeni mövsümün hazırlıqlarına başlayacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi sentyabrın 1-də keçmiş-yeni baş məşqçisi Dejan Brdjoviçin rəhbərliyi altında bir araya gələcək.

 

Bakıda toplaşacaq komanda tam heyətlə təlim-məşq toplanışı keçə bilməyəcək. Buna “Rabitə”nin oyunçularının sentyabrda İtaliyada start götürəcək dünya çempionatı ilə bağlı yığmalarının düşərgəsində yer almaları mane olacaq. Lakin komandanın Azərbaycan Super Liqasına hazırlaşmaq üçün kifayət qədər vaxtı olacaq.