İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında mübarizəni dayandıran daha 10 yığmanın tutduğu yer dəqiqləşib. Apasport.az saytının məlumatına görə, E qrupunda yalnız Xorvatiya millisinə qalib gələrək, sonuncu olan komandamız tarixinin ən pis nəticəsinə “imza” atıb.
Aleksandr Çervyakovun rəhbərlik etdiyi yığmamız 3-cü dəfə iştirak etdiyi həlledici mərhələdə Qazaxıstanla 15-ci yerə şərik olub. Bu, komandamızın indiyədək qatıldığı mundialda ən pis göstəricisidir.
Belə ki, 1994-cü ildə 10-cu yeri tutan Azərbaycan 12 il sonra 13-cü olmağı bacarmışdı. Ardınca 2010-cu il dünya çempionatına qatıla bilməyən millimiz İtaliyaya böyük ümidlərlə yollansa da, lazımı nəticəni əldə edə bilməyib. Buna əsas səbəb kimi isə komandamızın qeyri-stabil oyununu göstərmək olar.
Mundailda Azərbaycan millisi kimi son Avropa çempionatının gümüş medalçısı Almaniya, üçüncüsü Belçika, həmçinin Serbiya, Yaponiya və Hollandiya da uğursuzluğa düçar olanlar sırasındadır.
Qalib adı uğrunda isə İtaliya, Braziliya, Çin, Dominikan Respublikası, Rusiya və ABŞ mübarizəni davam etdirəcək.
7 |
Yaponiya |
|
Serbiya |
9 |
Almaniya |
|
Türkiyə |
11 |
Belçika |
|
Bolqarıstan |
13 |
Xorvatiya |
|
Hollandiya |
15 |
Azərbaycan |
|
Qazaxıstan |
17 |
Argentina |
|
Kanada |
|
Puerto-Rika |
|
Tailand |
21 |
Kamerun |
|
Kuba |
|
Meksika |
|
Tunis |