Bu gün qadın voleybolçular arasında Avropa Liqasının növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması VII tur çərçivəsində Türkiyə millisini qəbul edib.
Qarşılaşma millimizin qələbəsi ilə başa çatıb. Aleksandr Çervyakovun çalışdırdığı komandamız Bursada uduzduğu 2 matçdan birinin qisasını almağı bacarıb.
Belə ki, matç voleybolçularımız üçün yaxşı başlayıb. Onlar ilk setdə inamlı təsir bağışlayaraq, 25:16 hesabı ilə qalib gəliblər.
Ardınca rəqib təşəbbüsü ələ alaraq, oyunda status-kvonu bərpa edib – 1:1. Lakin türklərin bundan artığına gücü çatmayıb. Növbəti 2 hissədə qonaqlara çətin anlar yaşadan yığmamız matçda yekun hesabı müəyyənləşdirib – 3:1.
Bununla da voleybolçularımız debüt etdikləri Avropa Liqasında 7-ci oyunlarında ikinci qələbələrini qazanıblar. Lakin bu 3 xal onları autsayderlikdən qurtarmayıb.
Qrupumuzun digər matçında isə Bolqarıstan Sloveniyanı sınağa çəkəcək.
A qrupu
VII tur
Azərbaycan – Türkiyə - 3:1 (25:16; 19:25; 25:16, 25:15)
Hakimlər: Zsolt Mezöffi (Macarıstan), Vladimir Oleynik (Rusiya)
Bakı, Voleybol Mərkəzi
1. |
Türkiyə |
7 |
4 |
3 |
545-514 |
14-11 |
12 |
2. |
Bolqarıstan |
6 |
3 |
3 |
541-509 |
14-11 |
11 |
3. |
Sloveniya |
6 |
4 |
2 |
480-496 |
12-12 |
9 |
4. |
Azərbaycan |
7 |
2 |
5 |
513-650 |
10-15 |
7 |
Qeyd edək ki, millimiz türklərlə sabah bir daha üz-üzə gələcək.