Azərbaycan millisinin oyunçusu üçün yeni komanda!
25.03.2014 - 13:49
Azərbaycan millisinin oyunçusu üçün yeni komanda!

“Azəryol” heyətinə yeni voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Azərbaycan millisinin liberosu Ceyran Əliyevanın ardınca əvəzediciləri hesab olunan “Azərreyl”dən Aleksandra Prupasın da keçidini həll edib.

 

20 yaşlı milliləşdirilmiş voleybolçu ən azı mövsümün sonuna kimi Ancelo Vercesinin sərəncamında olacaq. 190 sm boya malik 4-cü zona oyunçusunun yeni mövsümdə hansı komandada forma geyinəcəyi çox güman ki, klubundakı çıxışından asılı olacaq.

 

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində millimizin heyətinə cəlb olunan Prupas “Azərreyl”də əsas heyət oyunçusu sayılmırdı.