Azərbaycanda oynamadan Hollandiya millisinə çağırıldı
24.06.2014 - 10:37
Azərbaycanda oynamadan Hollandiya millisinə çağırıldı

Qadın voleybolçulardan ibarət Hollandiya millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Gido Vermeulen iyulda keçiriləcək “Boris Yeltsen kuboku” və Dünya Qran-prisi üçün açıqladığı “21-liyə” Azərbaycan klublarından da oyunçu çağırıb.  

 

Belə ki, bu 2 turnirdə “Lokomotiv”in yeni transferləri Enn Buijslə Quinta Stenbergen “narincilar”ın sərəncamında olacaqlar. Vermeulen, həmçinin ötən mövsüm “İqtisadçı”da oynayan Manon Flieri də düşərgəyə çağırıb.

 

Qeyd edək ki, Flierin yeni ildə “universitet komandası”nda oynayacağı inandırıcı görünmür.