Bakı klubu hazırlığa Almaniyada başladı
18.08.2014 - 12:02
Bakı klubu hazırlığa Almaniyada başladı

“Lokomotiv” bu gündən yeni mövsümün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Almaniyada təlim-məşq toplanışı keçəcəklər.

 

Bakı təmsilçisinin əksər voleybolçuları millilərinin heyətində olduğundan təlim-məşq toplanışına 4 oyunçu ilə başlayıb. Onlar məşqlərini yerli “Şveriner”in bazasında birgə keçəcəklər.

 

“Lokomotiv” sentyabrın 1-dən isə Bakıda daha geniş tərkiblə hazırlığı davam etdirəcək.