Bakıda uduzub, Fransada qələbə qazandı
18.11.2014 - 09:01
Qadın voleybolçular arasında Fransa çempionatında IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Nant” inamlı qələbə qazanıb.
Belə ki, “Hainot” klubunun qonağı olan komanda xal itkisinə imkan verməyib. Bakıda 2:3 hesabı ilə uduzan “Nant” bu dəfə 3:1 (26:24; 21:25; 25:18; 25:11) hesablı qələbəyə sevinib.
Bu qələbə sayəsində rəqibimiz liderliyini qoruyub. 11 xalla 1-ci pillədə qərarlaşan “Nant” “Kann”ı 1 xal qabaqlayır.
0
0