Bakıya məğlub gəlir
29.10.2014 - 09:43
Bakıya məğlub gəlir

Qadın voleybolçular arasında Rusiya Superliqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan Kazan “Dinamo”su Çelyabinskin “Avtodor-Metar” klubunun qonağı olub.

 

Görüş qonaqların asan qələbəsi ilə başa çatıb – 3:0 (25:20; 25:22; 25:20).

 

Onlardan fərqli, sabah Bakıya səfər edəcək “Uraloçka” darmadağınla üzləşib. Yekaterinburq təmsilçisi evdə Moskva “Dinamo”suna 0:3 (21:25; 24:26; 15:25).

 

Qeyd edək ki, 2 turdan sonra rəqibimiz olan Kazan “Dinamo”su 4 xalla 5-cidir. 3 xala malik “Uraloçka” isə 7-ci yerdədir.

0