“Mən optimistəm. Bunun üçün Azərbaycan yığmasına qalib gəlmək şansımızın olduğunu deməliyəm”. Apasport.az saytının məlumatına görə, bunu Sloveniya millisinin voleybolçusu Moyca Bojiç deyib.
22 yaşlı toppaylayıcı Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, rəqibi yaxşı tanımaları üstünlükləridir: “İyunun 14-də və 15-də qarşılaşacağımız Azərbaycan voleybolçular az öncə Sloveniyada təlim-məşq toplanışı keçiblər. Biz Mariborda onlarla yoxlama matçında da gücümüzü yoxlamışıq. Rəqib kifayət qədər güclüdür. Lakin məğlubedilməz deyil. Onlarla oyunda 2:1 hesabı ilə öndə olsaq da, tay-brekdə qələbə qazandılar. Bu dəfə çalışıb daha yaxşı oynayacağıq. Əgər oyunumuz Türkiyə millisi ilə ikinci görüşdəki kimi alınarsa, qalib gəlmək olar”.
Qeyd edək ki, Azərbaycan millisi Bolqarıstana 2 matçda uduzduğu halda, sloveniyalılar “ay-ulduzlular”a bir dəfə məğlub olub, digərində qələbə qazanıblar.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO