Bolqarıstan millisi baş məşqçisiz qaldı
19.11.2014 - 09:22
Bolqarıstan millisi baş məşqçisiz qaldı

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, komandanın çalışdırıcısı Vladimir Kuzyutkin postunu tərk edəcək.

 

Belə ki, yerli federasiya rusiyalı dünya çempionu ilə fevralda bağlanan müqaviləni artırmamağa qərar verib. İlin sonuna kimi hansısa mötəbər yarışın olmadığını nəzərə alsaq, Kuzyutkin artıq bolqarlarla vidalaşıb.

 

Qeyd edək ki, Bolqarıstan millisi təcrübəli mütəxəssisi rəhbərliyi altında qatıldığı dünya çempionatında Belçika ilə 11-12-ci yerlərə şərik olub.