Bu voleybolçu Azərbaycanda oynayacaq!
10.10.2014 - 11:16
Bu voleybolçu Azərbaycanda oynayacaq!

“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Peru millisinin hücumçusu Karla Ruedanı heyətlərinə cəlb ediblər.

 

24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 180 sm boya malik Karla özünü yaxşı tərəfdən göstərəcəyi halda, anlaşmanın müddəti daha 1 illik artırılacaq.

 

Rueda “Azərreyl”ə gəlincə, ölkəsinin “Sportinq Kristal” (2006), “Deportivo Qemines” (2007-2008, 2010-2011, 2012-2013), İspaniyanın “Mursiya” (2007), Portuqaliyanın “Riberense” (2008-2009) və Trinidad və Tobaqonun “Defense Forse” klublarının şərəfini qoruyub. Bu komandalarla heç bir uğur qazanmayan Karla 2007-ci ildən formasını geyindiyi yığması ilə 1 dəfə fəxri kürsüyə yüksəlməyi bacarıb. O, 3 il öncə Cənubi Amerika çempionatının bürünc medalına sahib olub.


Qeyd edək ki, bununla da “Azərreyl”də oyunçuların sayı 8-ə çatıb. Bakı klubu Ruedadan öncə Yuliya Pşeniçnıx, Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Stenkina, İrina Makarenko, Nasya Dimitrova, Oksana Kovalçuk və Olqa Savençukla müqavilə bağlayıb.

 

0