Çempionlar Liqasında azərbaycanlı hakim
17.11.2014 - 14:16
Çempionlar Liqasında azərbaycanlı hakim

Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komitəsinin sədr müavini, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Teruel” (İspaniya) görüşündə əsas hakim olacaq.

 

Novosibirskdə təşkil olunacaq kişi komandaları arasında oyunda Zülfüqarovun köməkçisi funksiyasını türkiyəli Bülent Bozkurt yerinə yetirəcək.

 

Qeyd edək ki, matç noyabrın 19-da olacaq.