İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının III qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Milanda baş tutan mərasimdə “Altılar finalı”na yüksələn yığmalar öz rəqiblərini tanıyıblar.
Belə ki, E qrupunun qalibi olan ev sahiblərinin bəxtinə ABŞ və Rusiya milliləri düşüb. F qrupunu birinci yerdə baş vuran Braziliya isə Çin və Dominikan Respublikası ilə oynayacaq.
Reqlamentə əsasən, G və H kimi formalaşan qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinalda üz-üzə gələcək. Qrupda 3-cü olacaq millilər isə 5-ci yer uğrunda oynayacaqlar.
III mərhələnin oyunları oktyabrın 8-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi mundialı 15-ci pillədə bitirərək, bu gün vətənə qayıdır.