Evangeliya Çantava: Bu, xoş təəssüratlar yaradır
12.09.2014 - 08:34
Evangeliya Çantava: Bu, xoş təəssüratlar yaradır

“Mən Bakıda olmağımdan çox şadam. Dünyanın ən güclü voleybol klublarından birinin heyətindəyəm. Bu komanda məndə xoş təəssüratlar yaradır”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Evangeliya Çantava deyib.

 

Yunanıstan millisinin hücumçusu yeni transfer olunduğu Bakı klubu haqda danışıb. Hətta “dəmiryolçular”ı dünyanın ən güclüləri sırasında görən Çantava Super Liqada və CEV kubokunda iddialı olacaqlarını açıqlayıb: “Yeni komandamda hamı mənə dəstək verir və heç bir çətinlik çəkmirəm. Məşqlər çox güclü keçir. Məqsədim əsas heyətdə özümə yer etməkdir. Yığmalarının düşərgəsində olan yeni oyunçularımız komandaya qoşulduqdan sonra Azərbaycan çempionatı və CEV kubokundakı hədəflərimizə doğru inamla irəliləyəcəyik”.

 

Çantava Yunanıstan mətbuatına bildirib ki, Azərbaycan paytaxtı barədə yalnız xoş sözlər deyə bilər: “Bakı ilk andan mənə çox yaxşı təsir bağışladı. Çox gözəl şəhərdir. İnsanlar çox mehribandır”.