Gürcüstan yığmasının üzvü Azərbaycan çempionatında oynayacaq - FOTO
31.10.2014 - 15:03
“Telekom” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, əsasən gənc və perspektivli oyunçularla güclənən Bakı klubu bu dəfə Gürcüstan millisinin blokçusu Tinatin Çauçidzeni heyətinə cəlb edib.
23 yaşlı voleybolçu 2006-cı ildən müxtəlif yaş qruplarından ibarət yığma komandalarının şərəfini qoruyub. 187 sm boya malik oyunçu əsas millidə AVRO-2011-in seçmə mərhələsində debüt edib. Qonşu ölkənin son illər üçün ən perspektivli oyunçusu hesab olunan Çauçidze daha öncə Türkiyədə legioner həyatı yaşayıb. O, “Coşkunöz Spor”da oynayıb.
0
0